Simsar.az | bizi özünüzə Simsar bilin
Nazir qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabrda Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinlərinin qəbulu keçiriləcək.

Simsar.az xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabrda Gəncə Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

22 Noyabr, 2022  14:34 Baxılıb: 8960

Bu bölmədə