![]() |
Bakıda 24 min manatlıq telefon oğrusu saxlanılıb
Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub. Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb. Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
22 Noyabr, 2022 13:22 ⁄ Baxılıb: 7749
Bu bölmədə27 Sentyabr, 2023 Qənirə Paşayevanın son durumu açıqlandı27 Sentyabr, 2023 Tarix yazanları tarix yaşadır22 Sentyabr, 2023 Həftəsonunun havası31 İyul, 2023 Surət Hüseynov təyyarədə vəfat etdi 26 İyul, 2023 “Hürriyyət” - in baş redaktoru HƏBS EDİLDİ |