Bu il gömrük sərhədində 1 tona yaxın narkotik tutulub
Bu ilin 10 ayı ərzində gömrük sərhədində 905 kq-a yaxın narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Dövlət Gömrük Komitəsindən Simsar.az - a verilən xəbərə görə, gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2022-ci ilin 10 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 904 kq 611 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Onların 92,6%-ni daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil edib. Belə ki, 458 kq 297 qram heroin və 379 kq 494 qram metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən götürülüb. Bundan əlavə 57 kq 103 qram tiryək, 5 kq 98 qram həşiş, 2 kq 653 qramdan çox marixuana, 260,89 qram kokain, 442,904 qram metadon, 732 qramdan çox metilendioksiamfetamin, 254,79 qram mefedron (4-metilmetkatinon),104,3 qram MDMA (ekstazi), 97,28 qram amfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb. Ciddi narahatlıq doğuran məsələlərdən biri də qara bazarda “patı”, “şüşə” adlandırılan və son dərəcə təhlükəli maddə sayılan metamfetaminin xüsusi çəkisinin kəskin artaraq əvvəlki illərlə müqayisədə rekord həddə çatmasıdır.
22 Noyabr, 2022 13:12 ⁄ Baxılıb: 7234
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |