![]() |
Prokuror Əli Əliyevə 4 il cəza istəyib
Sabunçu rayon məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin növbəti məhkəmə prosesi keçirilib. Simsar.az xəbər verir ki, prokuror Əli Əliyevin 4 il azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə hüquq müdafiəçisi Fikrət Cəfərli məlumat verib. Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
22 Noyabr, 2022 13:10 ⁄ Baxılıb: 3134
Bu bölmədə2 Fevral, 2023 Prezident Laura Loxmanı qəbul etdi27 Yanvar, 2023 Hacı Şahin Həsənli: "Bu terror aktını qətiyyətlə qınayırıq"27 Yanvar, 2023 İran səfiri Azərbaycan XİN-ə çağırıldı27 Yanvar, 2023 Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var21 Dekabr, 2022 Vasif Talıbov istefa verdi |