Simsar.az | bizi özünüzə Simsar bilin
CƏNUBİ SUDAN BOMBARDMAN ALTINDA

BMT toqquşmaların gücləndiyini açıqlayıb

BMT Cənubi Sudanın müstəqilliyini elan etməsinə qısa müddət qalmış bölgədə toqquşmaların güclənərək davam etdiyini açıqlayıb. 

İyulun 9-da rəsmiləşəcək Cənubi Kordofan dövləti ərazisində 60 min insanın evlərini tərk etdiyi bildirilir.

BMT Humanitar Yardım Təşkilatının Sudanla bağlı hesabatında Cənubi Kordofan bölgəsində keçən həftə toqquşmaların başlamasından bəri ən azı 25 nəfərin öldüyü, bir çox insanın evlərindən ayrılmağa məcbur olduğu qeyd edilib.

Şimali Sudana məxsus "Mig" təyyarələrinin Cənubi Sudanı dəstəkləyən bir çox xristianın yaşadığı bölgəni bombaladığı bildirilib. Sərhəddəki neftlə zəngin Abyei bölgəsində də toqquşmaların davam etdiyi qeyd olunub.

17 İyun, 2011  18:18 Baxılıb: 1147

Bu bölmədə