![]() |
Azərbaycan Prezidenti: Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib
Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Simsar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında bildirib. “Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir”, - dövlət başçısı qeyd edib.
21 Noyabr, 2022 17:09 ⁄ Baxılıb: 3358
Bu bölmədə2 Fevral, 2023 Prezident Laura Loxmanı qəbul etdi27 Yanvar, 2023 Hacı Şahin Həsənli: "Bu terror aktını qətiyyətlə qınayırıq"27 Yanvar, 2023 İran səfiri Azərbaycan XİN-ə çağırıldı27 Yanvar, 2023 Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var21 Dekabr, 2022 Vasif Talıbov istefa verdi |