![]() |
"AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb" - Baş Prokurorluq
Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb. Simsar.az xəbər verir ki, Baş Prokurorluq məsələyə münasibət bildirib. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, iddialar həqiqəti əks etdirmir. "Qeyd edilən fakt təsdiq olunmayıb", - Mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.
21 Noyabr, 2022 17:07 ⁄ Baxılıb: 3520
Bu bölmədə2 Fevral, 2023 İlham Əliyev gəncləri təbrik etdi2 Fevral, 2023 Sabahın havası açıqlandı1 Fevral, 2023 DİN əməliyyat keçirdi, 39 nəfər saxlanıldı |