Siyasi partiyaların təsisinə dair 20 il tələbi aradan qaldırıldı
“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında göstərilir ki, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. Simsar.az xəbər verir ki, bu barədə qanun layihəsinin “Siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, siyasi partiyanın ləğvi” adlı 2-ci fəslinin 5.1-ci maddəsində göstərilir. Xatırladaq ki, qanun layihəsinin ilkin versiyasında, siyasi partiyanın Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə biləcəyi göstərilirdi.
21 Noyabr, 2022 12:55 ⁄ Baxılıb: 3826
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |