Məşhur kinostudiyanı məhkəməyə verdilər
Azərbaycanın aparıcı banklarından biri olan “Azər-Türk-Bank” ASC tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC-yə (VÖEN – 1403588261) qarşı məhkəmə iddiası qaldırıb. Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatına verilib. Hazırlıq iclası oktyabr ayının 18-i saat 16:30-a təyin olunub. Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı bildirilmir. Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur. Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin sahibi Zaur Darab-zadəyə məxsus olduğu bildirilir. “Cinemazadeh” MMC-yə məxsus olan və hazırda fəaliyyət göstərməyən “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadədir.
6 Oktyabr, 2022 18:43 ⁄ Baxılıb: 6289
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |