Simsar.az | bizi özünüzə Simsar bilin
Sabahın HAVASI

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən Simsar.az - a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.


22 Avqust, 2022  16:20 Baxılıb: 3386

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası