Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah 40° isti olacaq

Azərbaycanda avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Simsar.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.

11 Avqust, 2022  14:03 Baxılıb: 4083

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası