Simsar.az | bizi özünüzə Simsar bilin
Ankara su içində

Güclü yağış problemlər yaradıb

Simsar.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada güclü yağış və dolu ciddi problemlərə səbəb olub. Şəhərin su-kanalizasiya sistemi sıradan çıxıb. Bir çox metro stansiyaları və keçidləri su basıb. Onlarla avtomobil su altında qalıb. Xilaskarlar avtomobillərdə qalmış insanların köməyinə çatıblar. Bəzi küçələrdə su binaların ikinci mərtəbəsi hündürlüyündə olub. İtki olmasa da, onlarla insan xəstəxanalara müraciət edib.

17 İyun, 2011  17:17 Baxılıb: 1089

Bu bölmədə