Simsar.az | bizi özünüzə Simsar bilin
"Çiko" CƏRİMƏLƏNDİ: İş məhkəməyə göndərildi

"Çiko" firması kimi "RAMSE" MMC məhkəməyə verilib. Dövlət Gömrük Komitəsi günəbaxan tumlarının istehsal edən bu şirkəti gömrük qaydaları əleyhinə olan inzibati xəta törətdiyini iddia edərək Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

"RAMSE" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub.

Bu maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

2 Avqust, 2022  18:05 Baxılıb: 4032

Bu bölmədə