Rusiyada Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunacaq
"Kazan Kremlin" muzey-qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunacaq. Defile 2 avqustdan 5 avqustadək Kazanda (Tatarıstan) keçiriləcək ikinci Etno - Fashion xalq yaradıcılığı və Dekorativ - Tətbiqi İncəsənət Festivalı "Həyat tərzi - Mədəni kod" çərçivəsində nümayiş olunacaq. Festival Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
1 Avqust, 2022 14:47 ⁄ Baxılıb: 7932
Bu bölmədə23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |