Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah hava küləkli olacaq - Proqnoz

Avqustun 2-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Simsar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 22-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

1 Avqust, 2022  14:43 Baxılıb: 4047

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası