Simsar.az | bizi özünüzə Simsar bilin
Dəmiryolunda qiymət artımı olmayacaq

“Burada ciddi dəyişikliyə ehtiyac yoxdur”

Nəqliyyat naziri Ziya Məmmədov nəqliyyatın elektron idarəetmə sisteminə keçməsilə əlaqədar bu sahədə qiymətlərə yenidən baxılacağını bildirib. Nazirini sözlərinə görə, bu ilin sonuna qədər ictimai nəqliyyatda gediş haqları artırılacaq. 

Nəqliyyatın digər növlərində də, qiymətlərin qalxacağı barədə söz-söhbətlər dolaşır.

Amma Azərbaycanın dəmir yolu sistemində sərnişin daşımaları ilə bağlı tariflərin dəyişməsi gözlənilmir. Simsar.az-ın məlumatına görə, bu barədə «APA-ECONOMICS»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin baş mühəndisi Qurban Nəzirov məlumat verib.

Onun sözlərinə görə, hazırda dəmir yolunda çevik tarif sistemi qurulub və artıq burada ciddi dəyişikliyə ehtiyac yoxdur.

Xatırladaq ki, Tarif (Qiymət) Şurası bu il fevralın 1-dən «Azərbaycan Dəmir Yolları» QSC-nin müraciəti əsasında ölkədaxili sərnişin daşıma xidmətlərinə tarifləri artırıb. Marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin, komisyon yığımının və sığortanın dəyəri də daxildir. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub.

17 İyun, 2011  16:59 Baxılıb: 1183

Bu bölmədə