"Kuruluş Osman"ın istehsalçısı Vətən müharibəsindən serial çəkir
Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir. Bunu Report-a açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib. O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur "Bozdağ film" studiyası ilə birgə həyata keçirilir: "Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci seriyanın bu il təqdimatı gözlənilir". E.Əliyev qeyd edib ki, artıq ekran əsərinin işçi adı da məlumdur: "Amma serialın adını açıqlamaq hələ tezdir. Çünki dəqiq deyil. Serial Türkiyə və Azərbaycanın birgə əməkdaşlığının nəticəsidir. Ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Çalışacağıq ki, bu əməkdaşlığımızın simvolu olsun". Mətbuat orqanı serialın ilk bölümü bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanacağını bildirib. Qeyd edək ki, "Bozadağ film" studiyası Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.
27 İyul, 2022 17:36 ⁄ Baxılıb: 8068
Bu bölmədə18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu1 Noyabr, 2023 Aybəniz Haşımova və tələbələri Biləsuvarda |