Simsar.az | bizi özünüzə Simsar bilin
İranda qatar qəzası - 17 ölü, 50 yaralı

İranın mərkəzi hissəsində sərnişin qatarı relsdən çıxıb. “Qafqazinfo” “ISNA” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub.

Daha bir neçə sərnişinin isə xəsarət aldığı bildirilir. Yaralıların bəzilərinin vəziyyəti ağırdır. Hazırda qəza yerində xilasedicilər və həkim briqadası çalışır.

Qatarda 400-dən çox sərnişinin olduğu bildirilir.

***

“RİA Novosti”nin məlumatına görə, qəza nəticəsində 13 nəfər ölüb, 50 nəfər yaralanıb.

***

“RİA Novosti” xəbər verir ki, həlak olanların sayı 17-yə çatıb.

8 İyun, 2022  12:01 Baxılıb: 10021

Bu bölmədə