![]() |
Güclü külək və yağış XƏBƏRDARLIĞI
Bakıda və Abşeron yarımadasında bu gündən başlayaraq iyunun birinci ongünlüyünün sonunadək şimal-qərb küləyi 15-20 m/san, arabir 23-25 m/san olacaq. Bu barədə Simsar.az - a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, Azərbaycanın rayonlarında isə bu gündən iyunun 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/san, bəzi yerlərdə arabir 23-28 m/san olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.
7 İyun, 2022 11:04 ⁄ Baxılıb: 1828
Bu bölmədə26 May, 2022 Səlim Müslümov ev dustaqlığına buraxıldı26 May, 2022 "TEKNOFEST Azərbaycan" festivalı başlayıb23 May, 2022 Sabahın HAVASI |