![]() |
"TEKNOFEST Azərbaycan" festivalı başlayıb
Bakıda “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb. Simsar.az xəbər verir ki, açılış mərasimi "Natiq" Ritm Qrupunun kompazisiyası ilə başlayıb. Mərasimdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edəcək. Gün ərzində Azərbaycan və türk pilotlarının iştirakı ilə aviaşoular nümayiş olunacaq. Saat 18-dən 20:00-dək estrada konserti baş tutacaq. 21:00-da isə lazer şou başlayacaq. Qeyd edək ki, festival 26-29 may tarixlərində keçiriləcək. Festival çərçivəsində müxtəlif müsabiqələrin təşkili nəzərdə tutulub.
26 May, 2022 12:18 ⁄ Baxılıb: 2314
Bu bölmədə7 İyun, 2022 Güclü külək və yağış XƏBƏRDARLIĞI26 May, 2022 Səlim Müslümov ev dustaqlığına buraxıldı23 May, 2022 Sabahın HAVASI |