![]() |
Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olundu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub. Simsar.az Report-a istinadla xəbər verir ki, bu vəzifə Fərhad Quliyevə həvalə edilib. O, bu təyinata qədər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini olub. F.Quliyevə qədər Baş İdarənin rəisi vəzifəsini isə müvəqqəti olaraq bu idarə rəisinin 1-ci müavini Elçin Ağakişiyev icra edib. Xatırladaq ki, F.Quliyev 1981-ci ildə Bakı şəhərində anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. O, Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq daşıma şirkətində planlaşdırma və logistika şöbəsində mütəxəssis kimi başlayıb, 2003-cü ildə isə həmin şöbənin rəisi təyin edilib, 2004-cü ildən dünyada tanınmış beynəlxalq audit və konsaltinq şirkətinin Azərbaycan və ABŞ ofislərində çalışıb, 2012-ci ildən şirkətin Azərbaycan üzrə konsaltinq xidmətlərinin rəhbəri olub. F.Quliyev ölkə prezidentinin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə ASCO sədrinin müavini təyin edilib.
23 May, 2022 11:04 ⁄ Baxılıb: 2351
Bu bölmədə7 İyun, 2022 Güclü külək və yağış XƏBƏRDARLIĞI26 May, 2022 Səlim Müslümov ev dustaqlığına buraxıldı26 May, 2022 "TEKNOFEST Azərbaycan" festivalı başlayıb23 May, 2022 Sabahın HAVASI |