Simsar.az | bizi özünüzə Simsar bilin
Yardımlının icra başçısı həbs oluna bilər? - İDDİA

Daha bir rayonun icra hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyatın keçirilməsi mümkündür. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbədən informasiya verilib. Xəbəri verən qaynaq iddia edir ki, qollarına qandalın taxılması sırası Yardımlının icra başçısı Ayaz Əsgərova çatıb.

Dia.az-a verilən məlumatda deyilir: "Ayaz Əsgərov son günlər rayondakı total yeyinti və pözbaşınalıq faktlarına görə, "yuxarıların" diqqətinə və hədəfinə düşməyə müvəffəq olub. Yəqin ki, qısa müddət ərzində onunla bağlı hüquqi addımlar atılacaq".

Xatırladaq ki, Ayaz Əsgərovun bir qardaşı - Arif Əsgərov Nəqliyyat Naziri olmuş Ziya Məmmədova müavinlik edərkən də bir çox korrupsiya faktları ilə diqqətə gəlmişdi. Hətta onların adları yerli KİV-də bu gün də müəyyən ittihamlarda hallandırılmaqdadır.

Qeyd edək ki, Əsgərov Ayaz Nəriman oğlu, 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuşdur.

Ali təhsillidir. 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.

2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı vardır.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

4 Mart, 2022  12:03 Baxılıb: 6220

Bu bölmədə