Simsar.az | bizi özünüzə Simsar bilin
Makron İlham Əliyevə zəng etdi: Ukrayna müzakirə olundu

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

2 Mart, 2022  12:49 Baxılıb: 6427

Bu bölmədə