Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda koronavirus dalğası səngiyir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1755 yeni yoluxma faktı qeydə alınıb, 4 min 517 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 781 min 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 min 41 nəfər müalicə olunaraq sağalıb, 9 min 330 nəfər vəfat edib. 18 min 167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 291, bu günə qədər isə ümumilikdə 6 milyon 522 min 155 test icra olunub.

Son bir gündə koronavirus (COVID-19) əleyhinə 32 min 591 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1509, üç və daha çox doza vaksin vurduranların sayı 27 min 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1663 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 milyon 896 min 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 293 min 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 780 min 286, üç və daha çox doza vaksin vurduranların sayı 2 milyon 623 min 773, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 min 741 təşki edir.

24 Fevral, 2022  17:55 Baxılıb: 6020

Bu bölmədə