![]() |
Rusiyanın Ukraynaya hücumu: dəhşətli müharibə kadrları
Xəbər verildiyi kimi, bu gün səhərə yaxın Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlayıb. Hücumun ilk saatlarında planlaşdırıldığı kimi, Ukraynanın əsas hərbi infrastrukturuna, aerodromlara, hava hücumundan müdafiə sistemlərinə, silah-sursat anbarlarına şiddətli raket-bomba zərbələri endirilir. Bu zaman intensiv şəkildə “Kalibr” qanadlı raketlərindən və “İsgəndər-M” operativ-taktiki raketlərindən istifadə olunur, o cümlədən Rusiyanın strateji bombardmançıları ölkənin dərinliklərindən, Ukraynanın hava məkanına daxil olmadan uzaqmənzilli qanadlı raketlərlə zərbələr endirirlər. Habelə dənizdən Odessaya desant çıxarılıb, havadan isə Xarkov şəhərinə desant atılıb. Desant dəstələri əsas dövlət binalarını tutur və orada partlayışlar törədir.
24 Fevral, 2022 11:54 ⁄ Baxılıb: 3281
Bu bölmədə11 Mart, 2022 Lukaşenko Moskvaya gedib3 Mart, 2022 Ermənistanın yeni prezidenti seçildi24 Fevral, 2022 Ukrayna: “Rusiyanın 5 təyyarəsi və 1 helikopteri vurulub”24 Fevral, 2022 Ukrayna Türkiyəni öz dəstəyini göstərməyə çağırdı24 Fevral, 2022 Ukrayna şəhərlərinə hava zərbələri endirilib |