![]() |
Ukrayna: “Rusiyanın 5 təyyarəsi və 1 helikopteri vurulub”
“İlkin məlumata görə, Luqansk vilayətində 5 təyyarə və 1 Rusiya helikopteri vurulub”. Simsar.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları Komandanlığı məlumat yayıb. Bildirilir ki, zərərsizləşdirilənlər arasında Su-24 təyyarəsi də var. Həmçinin Şastya ərazisində Rusiya Federasiyasının iki tankı və bir neçə yük maşını məhv edilib. Rusiya Müdafiə nazirliyinin bəyanatında isə Ukrayna sərhədçilərinin rus bölmələrinə heç bir müqavimət göstərmədiyi bildirilir: “Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələri sıxışdırılıb. Ukrayna silahlı qüvvələrinin hava bazalarının hərbi infrastrukturu sıradan çıxıb”.
24 Fevral, 2022 11:37 ⁄ Baxılıb: 3118
Bu bölmədə11 Mart, 2022 Lukaşenko Moskvaya gedib3 Mart, 2022 Ermənistanın yeni prezidenti seçildi24 Fevral, 2022 Rusiyanın Ukraynaya hücumu: dəhşətli müharibə kadrları24 Fevral, 2022 Ukrayna Türkiyəni öz dəstəyini göstərməyə çağırdı24 Fevral, 2022 Ukrayna şəhərlərinə hava zərbələri endirilib |