Azərbaycanı “Avroviziya”da o təmsil edəcək
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb. Yeniavaz.com xəbər verir ki, bu il ölkəmizi İtaliyanın Turin şəhərində “Səs Azərbaycan” müsabiqəsinin qalibi Nadir Rüstəmli təmsil edəcək. Nadir Rüstəmli 1999-cu ildə Salyan şəhərində doğulub və uşaq yaşlarından musiqi ilə məşğul olub. O, 2019-cu ildə “Youthvision” beynəlxalq tələbə mahnı müsabiqəsində ölkəmizi təmsil edib və 21 ölkə arasında Azərbaycana 2-ci yeri qazandırıb. Ölkəmizin “Avroviziya-2022”də təmsil olunması üçün mahnı seçimi üzrə qəbul mərhələsi bu müsabiqənin rəsmi yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən başa çatdırılıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib. Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.
16 Fevral, 2022 11:37 ⁄ Baxılıb: 8653
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |