Simsar.az | bizi özünüzə Simsar bilin
Naşirlərlə kitabçıların ictimai görüşü olacaq

Azərbaycan Nəşriyyatları Assosasiası İctimai Birliyi (ANAİB) naşirlərlə kitabçıların ictimai görüşünü təşkil edəcək.

Simsar.az birliyə istinadən xəbər verir ki, ictimai görüşün keçirilməsində məqsəd ölkə kitabçılığının, yerli ədəbiyyatın inkişafına dəstək olmaq, bölgələrə kitabın çatdırılımasındakı problemlər, həmiçinin plagiat və pirat mövzularında reallıqları müzakirə etmək, çıxış yolları axtarmaq, nəşriyyatlarla kitab mağazaları arasındakı əməkdaşlığı inkişaf etdirməkdir.

Görüş ictimai müzakirə xarakter daşıyır, hər iki tərəfin yaşadığı çətinliklər, əlaqələrin zəifliyi, kitab ticarətinə təsir edən gerçək amillər, satışın təşkili, kitab marketinqinin düzgün qurulması kimi məsələlərlə bağlı çıxışlar ediləcək və bu çıxışlar ətrafında müzakirələr aparılacaq.

Görüş fevralın 18-i saat 15:00-da Azərbaycanda Atatürk Mərkəzində keçiriləcək.

14 Fevral, 2022  14:27 Baxılıb: 4661

Bu bölmədə