Simsar.az | bizi özünüzə Simsar bilin
“Yanardağ”dan 23 minlik oğurluq etdilər

Sentyabrın 29-dan oktyabrın 29-dək olan müddətdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyaları oğurlanıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8.000 manat dəyərində maddi ziyan vurulub.

Bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - G.Əliyev və Q.Qasımov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.(qafqazinfo)

11 Noyabr, 2021  13:58 Baxılıb: 9647

Bu bölmədə