Aybəniz Haşımovadan giley dolu paylaşım: "... məcburiyyətdən, xəstə halı ilə..."
Onun adı qırmızı hərflərlə yazılan müğənnilər siyahısında idi, zəhmətinin müqabilində isə Firuzə İbadova ayda bir dəfə maaş alardı”. Simsar.az xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova birotaqlı evinin kirayəsini ödəyə bilməyən və buna görə dövlətdən dəstək istəyən həmkarı tanınmış müğənni Firuzə İbadova ilə bağlı fikirlərini bölüşərkən deyib. Mən onu tanıyanda o artıq indi dəbdə olan ifadə ilə desək, ulduz idi. Mənim üçün bu gün də ulduzdur. Onu dinləmək üçün insanlar ciblərindəki son pulu verib bilet alıb konsertinə gəlirdilər. Onun çıxış etdiyi konsertlərinin dəfələrlə şahidi olub, pərdə kənarında onu dinləyə-dinləyə öyrənmişəm. Ehtiyacı olmasa da, Şövkət Ələkbərovaya olan sevgisindən gedib onun sinfində dərs aldı. Təqvimdə elə bir gün yox idi ki, o, konsertlə tamaşaçı qarşısına çıxmasın. Onun adı qırmızı hərflərlə yazılan müğənnilər siyahısında idi, zəhmətinin müqabilində isə Firuzə İbadova ayda bir dəfə maaş alardı. Əks halda, məcburiyyətdən, xəstə halı ilə çörəkpulu üçün toylarda, şou-proqramlarda oxumazdı. Bayıl qəsəbəsində olan 1 otaqlı evini satıb, kreditini hələ də ödəyə bilməyib”.
20 Oktyabr, 2021 20:29 ⁄ Baxılıb: 5679
Bu bölmədə19 Aprel, 2023 Bakıda bütün köhnə binalar söküləcək6 Sentyabr, 2022 Ağsuda iki qadın itkin düşüb - Fotolar29 İyun, 2022 İlham Əliyev Türkmənistanda səfərdədir27 May, 2022 İlham Əliyev: “Heç kim gəlib bizə dərs oxumasın”12 Aprel, 2022 Şəhid Əlihüseynin anasına vəzifə verildi |