Arif Babayevin səhhəti necədir?
“Arif Babayevin səhhətində yaxşılığa doğru dəyişiklik var”. Bunu APA-ya açıqlamasında Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib: “Hələlik sistem köçürülür. Vəziyyəti stabildir. Düzü, bu xəstəlik bir günə sağala bilməz. Hazırda müalicəsi davam edir”. Qeyd edək ki, Arif Babayev dünən səhhətində problem yarandığı üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, A. Babayev ötən il insult keçirib.
12 Oktyabr, 2021 11:27 ⁄ Baxılıb: 9311
Bu bölmədə23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |