Simsar.az | bizi özünüzə Simsar bilin
“Mossad” İranın generalını qaçırıb

İsrailin Xarici Kəşfiyyat Xidmətinin (Mossad) əməkdaşları Suriyada xüsusi əməliyyat zamanı iranlı generalı qaçırıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb. Məlumata əsasən, iranlı generalın qaçırılmasına səbəb 35 il əvvəl itkin düşmüş pilot Ron Aradın taleyi barədə məlumat əldə etmək olub. Bildirilir ki, İran generalı sorğu məqsədilə Suriyadan Afrika ölkələrinin birinə gətirilib. O, burada dindirilib və daha sonra sərbəst buraxılıb.

Bununla yanaşı, Knessetdə çıxış edən İsrailin Baş naziri Naftali Bennet bildirib ki, xüsusi xidmət orqanları Ron Aradın 1986-cı ildə hansı şərtlərdə itkin düşməsini araşdırmaqla bağlı tapşırığın öhdəsindən gəliblər. “Mossad”ın direktoru David Barnea isə əməliyyatı “çox cəsarətli və çətin” adlandırıb.

Qeyd edək ki, Ron Arad 1986-cı ildə Livanda keçirilən əməliyyatda iştirak edib. Bu zaman onun təyyarəsi vurulub. Ron Arad təyyarədən kapitulyasiya etsə də, “Hizbullah” hərəkatının yaraqlıları tərəfindən əsir götürülüb. İsrailli pilot buradan İranın paytaxtına aparılsa da, sonradan Beyruta geri qaytarılıb.

İsrailin xüsusi xidmət orqanlarının gəldiyi ilkin nəticələrə görə, Arad 1990-cı illərin əvvəlində dünyasını dəyişib. Bildirilir ki, ona təcili tibbi yardım göstərmək mümkün olmayıb və o, bu səbəbdən dünyasını dəyişib.

Fotoda: Ron Arad

6 Oktyabr, 2021  14:43 Baxılıb: 9130

Bu bölmədə