![]() |
Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq. Bu barədə Yeniavaz.com-a sənətçinin qohumları məlumat verib. Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib. Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.
15 Sentyabr, 2021 10:27 ⁄ Baxılıb: 4707
Bu bölmədə2 May, 2022 "İntuisiya" təqdim edilib5 Aprel, 2022 Aybəniz Haşımova yazır: Mən də sizinlə yaşlandım11 Mart, 2022 Rüstəm İbrahimbəyov vəfat etdi16 Fevral, 2022 Azərbaycanı “Avroviziya”da o təmsil edəcək |