Simsar.az | bizi özünüzə Simsar bilin
Yevlax sakinlərini məscidə buraxmırlar? - İDDİA - FOTO

Dünən Yevlax rayonunda polis məscidə gəlmək istəyənlərə qadağa qoyub. Simsar.az - a bu batədə yerli sakinlər məlumat verib. Məlumatda bildirirlir ki, bir gün əvvəldən məscidi bağlayaraq Allahın evinə daxil olmağa icazə verməyiblər. Məlum olduğu kimi hazırda məscidlərin müəyyən məhdudiyyətlərlə də olsa fəaliyyətinə icazə var. Sakinlər isə bildirir ki, Yevlaxda polis Covid pasportu olan 50 nəfərə də məscidə daxil olmağa icazə verməyib. Məscidə daxil olmaq istəyən 3 nəfəri isə həbs ediblər. Həbs edilənlər Yevlax sakinləri Əliyev Elşən, Səfərəliyev Fariz və Məmmədov Orxandır.

Məsələ ilə bağlı Yevlax rayonunun Axundu Hacı Namiqlə əlaqə saxladıq. Axundun sözlərinə görə rayonda Aşura mərasimi Şəhidlər Xiyabanında şəhid ailələri ilə birgə keçirilib. Mərasimdən sonra isə məsciddə 50 nəfər Covid pasportu olan şəxslərlə namaz qılınıb. Həbs olunanlarla bağlı məlumatı olduğunu bildirən axund təfərrüatı bu gün öyrənəcəyini deyib.

Yevlax rayon Polis Şöbəsinin rəso müavini Əfqan Qurbanov isə bildirib ki, həbs olunan sakinlər kütləvi yürüyüş təşkil etmək istəyən təşəbbüskarlar oıub. Məscidin bağlı oıması iddiasının əsassız olduğunu bildirən rəsi müavini 50 nəfər covid pasportu olan şəxslərin məscidə daxil olaraq namazlarını qıldıqlarını deyib. “Karantin qaydalarını pozaraq kütləvi şəkildə məscidə daxil olmaq istəyənlərin qarşısı alınıb sadəcə".

20 Avqust, 2021  16:30 Baxılıb: 2562

Bu bölmədə