"Bu klinika qəssabxanadır, 'çağrı mərkəzi' də məzuniyyətdədir" - TƏFƏRRÜAT
Simsar.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Məhəmmədəli Qəribli məlumat verib: "Bir neçə gündür ki, bu qəssabxananın çağrı mərkəzi işləmir. Heç bir telefona cavab vermirlər. Səbəbini bununla izah edirlər: " Çağrı Mərkəzimizdə işləyən xanım məzuniyyətə çıxıb”. Siz bu klinikanın sosial məsuliyyət dərkinə bir baxın. Pul gələn yeri bir saat da olsun boş qoymazlar. Klinikada pul toplayan kimsə, ölsə belə, meyiti basdırılmamış tapıb yerinə birini qoyarlar ki, amandı birdən kəsirləri gələr. Görün, vətəndaşlara xidmət göstərən sahəyə isə necə barmaqarası yanaşırlar. Lap Təhsil Nazirliyinin Mətbuat Xidməti Cəsarət Valehovun medianın başına gətirdiyi hadisəyə oxşadı. Adam gedib ABŞ-da hansısa kursda 9 aylıq təhsil aldı, həmin müddətdə hansı jurnalist Nazirliyə zəng vurub münasibət öyrənmək istədisə: "Cəsarət müəllim ABŞ-dadı”- cavabını aldılar...
4 Avqust, 2021 16:53 ⁄ Baxılıb: 5296
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |