Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-DAN RƏSMİ BAKIYA MƏSLƏHƏT

Tomas Melia: “Azərbaycanlı dostlarımıza siyasi faəliyyətdə daha açıq olmağı məsləhət görürük”

Amerika Birləşmiş Ştatları dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia Azərbaycanda rəsmi səfərdədir. O bu gün Azərbaycan və Birləşmiş Ştatlar arasında münasibətlər barədə danışıb.

Diplomat bildirib ki, artıq iki gündür Bakıdadır. Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında bütün dünyada özünü göstərən əməkdaşlıq var: “İstər təhlükəsizlik, istər iqtisadi, istərsə də siyasi sahədə əməkdaşlıq bu gün davam etdirilir. Mən hökumət rəsmiləri ilə görüşümdə də dedim ki. Amerikanın təcrübəsində demokratik ölkələrlə əməkdaşlıq cəhdi var. Ona görə də biz azərbaycanlı dostlarımıza insan haqları sahəsində daha demokartik təsisatlar yaratmaq, siyasi faəliyyətdə daha açıq olmağı məsləhət görürük”.

T. Melia deyir ki, hazırda bu sahədə işlər gedir: “Amma vəziyyət indikindən daha yaxşı ola bilər”.

17 İyun, 2011  03:33 Baxılıb: 1182

Bu bölmədə