Simsar.az | bizi özünüzə Simsar bilin
Zelenski Gürcüstanda səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstana rəsmi səfər edib. “Sputnik Gürcüstan” xəbər verir ki, Zelenski 17-ci Batumi Beynəlxalq konfransında iştirak edəcək.Məlumata əsasən, konfrans bu gün günün ikinci yarısı başlayacaq. Tədbirdə, həmçinin Moldova Prezidenti Maya Sandu və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel iştirak edəcək.

V. Zelenski Gürcüstana səfəri çərçivəsində ölkə Prezidenti və Baş nazir ilə də görüşəcək.

19 İyul, 2021  15:18 Baxılıb: 7438

Bu bölmədə