Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏ FƏLƏSTİNİ TANIYACAQ

Abdullah Gül, Fələstinin Birləşmiş Millətlər Təşkilatında dövlət olaraq tanınması üçün keçiriləcək səs vermədə Türkiyənin Fələstin lehinə səs verəcəyini söyləyib

Türkiyə prezidenti Abdullah Gül, Yaponiyanın "Nihon Keizai Şimbun" (Nikkei) qəzetinə verdiyi müsahibədə, Fələstin problemiylə əlaqədar əhəmiyyətli açıqlama verib. 

"1967-ci il sərhədlərinə görə, Şərqi Qüdsün paytaxt olduğu Fələstin dövlətinin qurulmasını arzu edirik və sülh içində yaşamasını diləyirik" - deyib.

Türkiyə prezidenti həmçinin, Türkiyənin Fələstinin ən güclü dəstəkçilərindən olduğunu qeyd edib.

Qeyd edək ki, qəzetdə prezident Gülün parlament seçkiləri və yeni konstitusiya mövzusundakı açıqlamalarıdas yer alıb.

17 İyun, 2011  03:31 Baxılıb: 1480

Bu bölmədə