Simsar.az | bizi özünüzə Simsar bilin
RUSİYADA KÖMÜR MƏDƏNİ ÇÖKDÜ

Hadisə zamanı mədəndə olan 8 mədənçinin xilas etmək mümkün olsa da, 4-nün taleyi naməlum olaraq qalır

Kuzbassda «Kiselyovskaya» mədəni çöküb. Qəza sahəsində 12 mədənçi var imiş. Onlardan 8-ni xilas etmək mümkün olsa da, digər 4 mədənçinin taleyi hələ ki, məlum deyil. Mütəxəssislərin sözlərinə görə, böyük dağıntılara məruz qalan mədəndə metan partlayışı və yanğın baş vermədiyindən iş fəaliyyəti tezliklə bərpa oluna bilər.

Hazırda dağıntının altında qalan mədənçiləri xilas etmək üçün qazıntı işləri aparılır. Hələ ki,onlarla heç bir əlaqə yaratmaq mümkün olmayıb.

Qeyd edək ki, «Kislyovskaya» mədənində qəzanın aradan qaldırılması üçün qərargaha Kemerova vilayətinin qubernatoru Aman Tuleyev başçılıq edir. 1936-cı ildən fəaliyyətə başlayan bu mədən 2003-cü ildən Sibir Əməkdaşlıq Birliyi Holdinqinə daxildir. Həmçinin də məlumdur ki, fəaliyyət müddəti ərzində oradan 77 milyon ton kömür əldə edilib.

17 İyun, 2011  03:30 Baxılıb: 1357

Bu bölmədə