Qazax sakinində narkotik vasitə aşkarlandı
Qazax rayon sakinində narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Simsar.az -a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Cabir Əliyev rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
23 İyun, 2021 10:38 ⁄ Baxılıb: 3133
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |