Simsar.az | bizi özünüzə Simsar bilin
Mahir Mehdi: "Bibliya gəzişmələri"
... Sakramental
eşq yaşadım
mətnin son varağıyla.
Tanqo oynadı
qələmim
təkcənə ayağıyla.
Dəsmal sıxıb,
yad elədim
satdığım adamları.
Yuxumun
ruh vağzalından
yan ötdü vaxt qatarı.
Bir hissəsiymiş kitabın -
oyunmuş
Böyük Cümə.
Diplom tamaşası imiş
Apokalipsis demə.
Qalamdan
enib Sinaya,
qurdum şou - Dekaloq.
Danışan
şəkillər yapdım,
dilini kəsdi Van Qoq.
Əlavələr olunduqca,
gücdən düşdü
ilk mənbə.
10 əmrdən çıxdı biri,
işə düzəldi şənbə.
Missiyam yetişdi sona,
küncə sancdım qələmi.
Düşündüm
yaman hündürdən,
səs - küy basdı aləmi...
18 İyun, 2021  16:24 Baxılıb: 7558

Bu bölmədə