Simsar.az | bizi özünüzə Simsar bilin
RAMİL USUBOV BELÇİKA SƏFİRİNİ QƏBUL EDİB

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Belçika Krallığının Azərbaycandakı səfiri Lük Truyensi qəbul edib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir yeni təyinat münasibətilə diplomatı təbrik edib, fəaliyyəti müddətində Azərbaycan-Belçika münasibətlərinin daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Ona DİN-in hüquq və vəzifələri, fəaliyyət istiqamətləri, eləcə də kriminogen durum barədə məlumat verilib.
R. Usubov Belçika Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın hələlik İnterpol çərçivəsində həyata keçirildiyini, gələcəkdə ikitərəfli əlaqələrin qurulmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb. Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin əsas diqqət mərkəzində dayandığı vurğulanıb.
Səfir Lük Truyens Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini qeyd edib. Azərbaycanla Belçika arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın günü-gündən inkişaf etdiyini xatırladan səfir fəaliyyəti dövründə iki dövlət, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

16 İyun, 2011  23:21 Baxılıb: 1168

Bu bölmədə