Simsar.az | bizi özünüzə Simsar bilin
Abşeronda intihar

Abşeronda intihar hadisəsi baş verib. Unikal.org xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

2 İyun, 2021  10:58 Baxılıb: 7290

Bu bölmədə