Simsar.az | bizi özünüzə Simsar bilin
BŞİH müxalifətə mitinq yeri verdi

Yene de Bibiheybet

İctimai Palatanın (İP) iyunun 19-na təyin etdiyi aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərdiyi müraciətinə cavab verilib.

Bu barədə APA-ya İP-ə daxil olan Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Zöhrab Məhərrəmli bildirib.

BŞİH “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verməyib. Əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

İctimai Palatanın katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya deyib ki, razılaşdırılmamış aksiyanın keçirilib-keçirilməyəcəyi barədə qərar İP Koordinasiya Şurasının bu gün keçiriləcək toplantısında veriləcək.

16 İyun, 2011  22:23 Baxılıb: 1367

Bu bölmədə