Simsar.az | bizi özünüzə Simsar bilin
Avtomobilini taksi edənlərə embarqo

Proses zaman keçdikcə rayonları da əhatə edəcək

Bakı şəhərində taksilərə olan tələbat 3500 avtomobil təşkil edir.
Simsar.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda rəsmi qeydiyyatdan keçərək lisenziyalı fəaliyyət göstərən taksilərin sayı 7 mindir: “Qeyri-rəsmi fəaliyyət göstərən taksiləri də nəzərə alanda, hazırda paytaxtda taksi fəaliyyəti ilə 15 minə yaxın avtomobil məşğul olur”.

Nazir qeyd edib ki, yeni taksilər tam fəaliyyətə başlayandan sonra Azərbaycan paytaxtında qanunsuz taksi fəaliyyətinə son qoyulacaq: “Bu proses zaman keçdikcə rayonları da əhatə edəcək. Taksi fəaliyyətinə son qoyulacaq sürücülər ya gəlib yeni şirkətdə sürücü kimi fəaliyyətlərini davam etdirə, ya da bu avtomobillərdən əldə edərək Bakı şəhərində taksi fəaliyyəti göstərə bilərlər”.

16 İyun, 2011  21:24 Baxılıb: 1509

Bu bölmədə