Simsar.az | bizi özünüzə Simsar bilin
İsmayıllıda doğuş zamanı FACİƏ - İki uşaq anası öldü

İsmayıllı rayonunda ana ölümü hadisəsi baş verib. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə rayonun Mərkəzi xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

İlkin məlumata görə, Ağsu şəhər sakini, 1982-cı il təvəllüdlü Əkbərova İlahə Paşa qızı doğuş zamanı dünyasını dəyişib. Mərhum Şirvan şəhərində dəfn edilib. Onun iki azyaşlı övladı var.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

15 Aprel, 2021  18:25 Baxılıb: 4538

Bu bölmədə