Simsar.az | bizi özünüzə Simsar bilin
Valideynlər Bakı Atatürk Liseyindən şikayət edir

Bakı Atatürk Liseyindən şikayət var. Belə ki, övladları liseydə təhsil alan valideynlər mətbuata müraciət edibıər. Gələn ilin təhsil haqqını indidən tələb edildiyi bildirilən şikayətdə liseyin direktoru Eyləm Güntəkinin adı  keçir. Direktor valideynlərə bunun məcbur olduğunu bildirib. Valideynlərin hamısına mesaj vasitəsilə bildirim göndərilir ki, gələn tədris ilinin təhsil haqqını may ayına qədər ödəyin, əks halda uşaq liseydən xaric ediləcək. Valideynlərin sözlərinə görə liseydən onlara bildirilib ki, buna onları Təhsil Nazirliyi məcbur edir.

Pamdemiya şəraitində belə bir özbaşınalığa son qoyulmasını istəyən valideynlər, Təhsil Nazirliyinin də məsələyə münasibət bildirməsini istəyirlər.

Məsələ ilə bağlı liseylə əlaqə saxladıq. Nəzifə adlı nümayəndə suallarımıza cavab verməyib, telefonu üzümüzəı bağladı.

Simsar.az

14 Aprel, 2021  18:19 Baxılıb: 2041

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası