Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı, xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazi olacaq. Bununla bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamında bildirilir. Sərəncama əsasən, resurslardan davamlı və səmərəli istifadəni təmin etmək, tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.
12 Aprel, 2021 16:06 ⁄ Baxılıb: 1676
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |