Simsar.az | bizi özünüzə Simsar bilin
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi

Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova dünyasını dəyişib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında məlumat verib. Onun sözlərinə görə, V.Sadıqova uzun sürən ağır xəstəlikdən sonra bu gün 65 yaşında vəfat edib. Qeyd edək ki, V.Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.

Allah rəhmət eləsin!

3 Mart, 2021  10:29 Baxılıb: 1735

Bu bölmədə