![]() |
Sabah hava yenə dəyişəcək
Martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək. Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
1 Mart, 2021 16:24 ⁄ Baxılıb: 1029
Bu bölmədə19 Aprel, 2021 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı19 Aprel, 2021 Prezident yarımstansiyaların açılışında - FOTO19 Aprel, 2021 Neft ucuzlaşıb16 Aprel, 2021 Abşeronda güllələnən yeniyetmə oğlan ÖLDÜ15 Aprel, 2021 İsmayıllıda doğuş zamanı FACİƏ - İki uşaq anası öldü |